Az | EN

İstehsal edilən 2-ci Togg İlham Əliyevə hədiyyə ediləcək

Cəmil Hüseynzadə
01 Aprel 2023 17:26
607 baxış
İstehsal edilən 2-ci Togg İlham Əliyevə hədiyyə ediləcək

Azərbaycan Prezidenti İlham Əliyevə Türkiyə istehsalı olan ilk Togg elektrik avtomobillərindən biri hədiyyə ediləcək. Trend-in TRT telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib .

"Bazar ertəsi avtomobili ilk sifarişi verən prezident Rəcəb Tayyib Ərdoğana təhvil verəcəyik. İkinci avtomobil isə prezident İlham Əliyevə təqdim olunacaq".
Xatırladaq ki, 2022-ci ildə İlham Əliyev Türkiyə prezidentindən 2 ədəd Togg avtomobili istəmişdi.

© copyright 2022 | tech.az | info@tech.az