Az | EN

ITU Seed Azərbaycan startaplarını akselerasiya proqramına qoşulmağa dəvət edir

Bənövşə Kazımova
07 Aprel 2022 13:30
292 baxış
ITU Seed Azərbaycan startaplarını akselerasiya proqramına qoşulmağa dəvət edir

Tərəfdaşımız ITU Seed İnkubasiya Mərkəzi Azərbaycan startaplarını akselerasiya proqramına qoşulmağa dəvət edir. Proqrama qoşulmaq istəyən startaplar 22 aprel tarixinədək müraciət edə bilərlər. Bunun üçün www.ituseed.com saytına daxil olaraq proqrama qeydiyyatdan keçmək kifayətdir. Qeyd edək ki, indiyədək ITU-ya iki Azərbaycan startapı “Nextsale” və “Topla.az Cashback” startapı daxil olmaqla, 3500 startap qəbul olunub ki, bu da 7700 sahibkara bərabərdir.

© copyright 2022 | tech.az | info@tech.az