Az | EN

“Kia” yeni flaqman krossoverini təqdim edib

Bənövşə Kazımova
31 Mart 2023 11:51
462 baxış
“Kia” yeni flaqman krossoverini təqdim edib

Kia şirkəti üç cərgəli EV9 elektrik krossoverini təqdim edib. Avtomobilin hələlik yalnız bəzi təfərrüatları ictimaiyyətə açıqlanıb.

Bildirilir ki, avtomobilin salonunda üç sıra oturacaqlar yer alıb. Krossoverin bu versiyasında arxa oturacaqlar hərəkət istiqamətinə qarşı yerləşdirilə bilər. Girməyi və çıxmağı asanlaşdırmaq üçün onları yan tərəfə də çevirmək olar. 

Baza versiya olan “Kia EV9 RWD Standard” 218 at gücündə elektrikli mühərrik və 76.1 kVt/saat tutumlu akkumulyatorla, “RWD Long Range” versiyası isə 204 at gücündə elektrikli mühərrik və 99.8 kVt/saat tutumlu akkumulyatorla təchiz edilib.

Avtomobilin premium versiyası  “Kia EV9 AWD”dir. Onun toplam 385 at gücü verən iki elektrik mühərriki var. Buradakı akkumulyator 99.8 kVt/saat tutumludur.

Onu da əlavə edək ki, avtomobil üçüncü səviyyəli HDP-nin (Highway Driving Pilot) avtopilotunu alıb, bu da avtomobili əllər sükanda olmadan idarə etməyə imkan verir. “Kia EV9” ilin ikinci yarısında satışa çıxarılacaq. Avtomobil Cənubi Koreyada istehsal olunacaq və əsas bazar ABŞ olacaq. İlkin qiymət 56 000 dollardan başlayacaq.

© copyright 2022 | tech.az | info@tech.az