Az | EN

KidFi startapı 25000 azn investisiya alıb

Səbinə Eyvazova
27 İyun 2022 13:30
341 baxış
KidFi startapı 25000 azn investisiya alıb

KidFi startapı SABAH.lab tərəfindən 25000 azn investisiya alıb.

KidFi startapı oyunlaşdırılmış mobil tətbiq vasitəsilə uşaqlara maliyyə, gəlir, xərc, yığım və yatırım haqqında bir sıra biliklər öyrətməyə xidmət edir. 

Bu mobil tətbiq əyləncəli şəkildə maliyyənin idarə edilməsi, ağıllı xərcləmə və qənaət vərdişləri qazanmaq barədə uşaqlar üçün ideal bir tətbiqdir. Burada övladlarınızın pul bacarıqlarını artırmaq üçün onlara rəqəmsal cüzdan yaratmaq, tətbiq vasitəsilə uşaqlara tapşırıqlar vermək və nailiyyətlərini qeyd etmək mümkündür. KidFi ilə  öyrənərək onlar mükafatlar qazanır və qazandıqları bonusları Marketplace-də endirimlər, hədiyyələrə və sairə ilə dəyişə bilirlər. Bundan əlavə, uşaqlar kiçik ölçülü interaktiv dərslər, real mükafatlar və rəngarəng interfeys ilə unikal təcrübə qazana bilərlər. 

© copyright 2022 | tech.az | info@tech.az