Az | EN

KOBİA investorların cəlbi üçün KOB İnkişaf Fondu yaradır

Cəmil Hüseynzadə
24 İyun 2022 13:30
246 baxış
KOBİA investorların cəlbi üçün KOB İnkişaf Fondu yaradır

KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov deyib Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) “Dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində rolu” konfransında çıxış edərkən bildirib ki, Azərbaycanda kiçik və orta bizneslərin maliyyə resurslarına çıxışını artıracaq KOB İnkişaf Fondu yaradılır.

Onun sözlərinə görə, Fondun əsas özəlliyi onun qrantlar və texniki yardımlar təklif etmək imkanı ilə bağlı olacaq."Həmçinin, investisiya üçün minimum layihə dəyəri tələbləri bazarda mövcud olan göstəricilərdən daha aşağı olacaq. KOB İnkişafı Fondunun təşkilati forması ASC olacaq ki, bu da öz növbəsində dövlət vəsaitləri ilə yanaşı, yerli və xarici investorların, eləcə də özəl sektorun vəsaitlərini cəlb etməyə imkan yaradacaq",- deyə Orxan Məmmədov qeyd edib.

© copyright 2022 | tech.az | info@tech.az