Az | EN

Koreyanın ekspertləri tərəfindən SAP və TTT üzrə təlimlər almağa tələsin!

Səbinə Eyvazova
15 Dekabr 2023 11:22
557 baxış
Koreyanın ekspertləri tərəfindən SAP və TTT üzrə təlimlər almağa tələsin!

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birlikdə həyata keçirdiyi SAP (Startup Acceleration Program) və TTT (Train the Trainer) təlimlərinə qoşulun, koreyalı mütəxəssislərdən professional dəstək alın!

Startapla maraqlanan tələbələr və məzunlar SAP (Startup Acceleration Program) təliminə qoşulmaqla #startap inkişafında #mentor dəstəyindən faydalana biləcəklər.

TTT (Train the Trainer) proqramı isə startap və #mentorluq təcrübəsi olan şəxslər üçün nəzərdə tutulub. İştirakçılar təlimdə startap mentorluğunun əsaslarını və metodologiyasını öyrənəcəklər.

Hər iki proqrama qoşulmaq ödənişsizdir! Təlimlər koreyalı ekspertlər tərəfindən ingilis dilində keçiriləcək. Təlimi uğurla başa vuran 10 startap komandası Samsung Galaxy Tab S9 planşeti qazanacaq!

Müraciət üçün son tarix: 24 dekabr
Müraciət linki: t.ly/knsju

© copyright 2022 | tech.az | info@tech.az