Az | EN

LinkedIn: İşə qəbul 20% azalıb səbəb süni intellekt deyil

Cəmil Hüseynzadə
16 Aprel 2026 14:46
39 baxış
LinkedIn: İşə qəbul 20% azalıb  səbəb süni intellekt deyil

LinkedIn şirkətinin baş hüquq və qlobal əlaqələr direktoru Bleyk Lovit bildirib ki, 2022-ci ildən bu yana işə qəbul təxminən 20% azalıb.

O qeyd edib ki, şirkətin geniş məlumat bazasına əsaslanan analizlərə görə, hazırda süni intellektin əmək bazarına birbaşa təsiri müşahidə olunmur. Xüsusilə müştəri dəstəyi, marketinq və inzibati sahələrdə gözlənilən dəyişikliklər hələ özünü göstərməyib.

Şirkət nümayəndəsinin sözlərinə görə, işə qəbulun azalmasının əsas səbəbi faiz dərəcələrinin artması ilə bağlıdır. Həmçinin vurğulanıb ki, bu azalma həm gənclər, həm də daha təcrübəli işçilər arasında oxşar səviyyədə baş verir.

Bununla belə, gələcəkdə vəziyyətin dəyişə biləcəyi istisna olunmur. Bildirilib ki, son illərdə işlər üçün tələb olunan bacarıqlar artıq 25% dəyişib və bu göstəricinin 2030-cu ilə qədər 70%-ə çatacağı gözlənilir.

Mütəxəssislərin fikrincə, süni intellekt yaxın illərdə iş yerlərinin sayından daha çox, işlərin məzmununa və tələb olunan bacarıqlara təsir edəcək.

© copyright 2022 | tech.az | info@tech.az