Az | EN

Litium-ion batareyanın ixtiraçısı və Nobel mükafatı laureatı Con Qudenof ölüb

Cəmil Hüseynzadə
27 İyun 2023 04:33
303 baxış
Litium-ion batareyanın ixtiraçısı və Nobel mükafatı laureatı Con Qudenof ölüb

Qudenof 101-ci doğum gününə bir ay qalmış, 25 iyun bazar günü vəfat etib. Onun ölümün səbəbi ictimaiyyətə açıqlanmır. Qudenof 25 iyul 1922-ci ildə Almaniyanın Yena şəhərində anadan olub. Yale Universitetində riyaziyyat üzrə bakalavr dərəcəsi və Çikaqo Universitetində fizika üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Bundan sonra o, Massaçusets Texnologiya İnstitutunda işləyib, daha sonra Oksford Universitetində qeyri-üzvi kimya laboratoriyasına rəhbərlik edib.

Onun litium-ion batareya prototipi 1980-ci ildə təqdim edilib. 10 ildən sonra Sony alimin ixtirasını patentləşdirib. 

2019-cu ildə Qudenof litium-ion batareyaları üzərində apardıqları tədqiqatlara görə britaniyalı Stenli Uittinqem və yapon Akira Yoşino ilə birlikdə Kimya üzrə Nobel Mükafatına layiq görülüb. "Yenidən doldurulan batareya mobil telefonlar və noutbuklar kimi simsiz elektronikanın əsasını qoydu" - İsveç Kral Akademiyası ixtira haqqında bunları demişdi. Mükafat verilərkən alimin 97 yaşı var idi, o, Nobel Mükafatı alan ən yaşlı laureat oldu.

 

© copyright 2022 | tech.az | info@tech.az