Az | EN

Lovable 1 ildə 8 milyon istifadəçiyə çatıb

Cəmil Hüseynzadə
12 Noyabr 2025 11:26
40 baxış
Lovable 1 ildə 8 milyon istifadəçiyə çatıb

Süni intellekt dəstəkli kodlama platformu Lovable, yalnız bir il ərzində proqram təminatı sahəsinin ən sürətlə böyüyən startaplarından birinə çevrilib. Platformanın CEO-su Anton Osika Lissabonda keçirilən Web Summit tədbirində bildirib ki, Lovable hər gün 100 mindən çox yeni məhsulun hazırlanmasına xidmət edir və platformanın istifadəçi sayı artıq təxminən 8 milyona çatıb.

Lovable bu ilin iyul ayında 2,3 milyon aktiv istifadəçiyə malik idi və cəmi 4 ay ərzində istifadəçi bazasını dörd dəfə böyüdüb. Həmin ay girişim Accel rəhbərliyindəki Seri A turunu tamamlayaraq 200 milyon dollar yatırım alıb və 1,8 milyard dollar dəyərə çataraq unicorn statusu əldə edib.

CEO Osika həmçinin qeyd edib ki, şirkətin net gəlir tutma göstəricisi 100%-dən yuxarıdır, istifadəçilər zamanla platformada daha çox xərcləmə edirlər. Lovable-ın əməkdaş sayı artıq 100-ü keçib və San Fransiskodan təcrübəli rəhbərlər komandaya qoşulur.

Rəqabətə gəldikdə, OpenAI və Anthropic kimi nəhənglərin öz kodlama alətlərini təqdim etməsi Lovable üçün çağırış olsa da, Osika bunu təhlükə kimi görmür:

“Əgər bu texnologiyalar insan yaradıcılığını və məhsuldarlığını artırırsa, kim edirsə etsin, bunu qeyd etmək lazımdır.”

Lovable-ın missiyası “son proqramı yaratmaq” olaraq təyin olunub; platforma istifadəçilərə məhsul inkişafının bütün mərhələlərini — istifadəçi anlayışından xüsusiyyətlərin yayımlanmasına qədər — tək bir sadə interfeysdə təqdim etməyi hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az