Az | EN

Makron süni intellekt sahəsinə 112 Milyard Dollar investisiya edib

Nigar Sultanli
10 Fevral 2025 14:54
82 baxış
Makron süni intellekt sahəsinə 112 Milyard Dollar investisiya edib

Fransa prezidenti Emmanuel Makron ölkədə keçirilən Süni İntellekt Sammiti çərçivəsində 109 milyard avroluq (təxminən 112 milyard dollar) süni intellekt sahəsinə investisiya qoyuluşu elan edib. Makron bu investisiyanın Fransanın ABŞ-ın "Stargate" layihəsinə cavab olaraq təqdim etdiyi investisiya olduğunu bildirib. ABŞ "Stargate" ilə 500 milyard dollar yatırım planlaşdırsa da, Fransa nüfusunun ABŞ-dan 5 dəfə kiçik olduğunu nəzərə alaraq, bu investisiya nisbət baxımından bərabərdir.

Bu investisiyalar əsasən yeni süni intellektlə bağlı məlumat mərkəzləri qurmağa yönələcək. Makron Mistral, Owkin və Wandercraft kimi Fransız süni intellekt şirkətlərinin ABŞ-a köçdüyünü qeyd edib və Avropanın bu sahədə hələ də rəqabətli olduğunu vurğulayıb. Mistral şirkətinin CEO-su Arthur Mensch də Parisdə yeni  süni intellekt mərkəzi qurmağı planlaşdırdıqlarını açıqlayıb.

Makron Fransanın çoxlu miqdarda təmiz enerji istehsal etdiyini, xüsusən nüvə enerjisindən istifadə etdiyini və bu səbəbdən xarici investisiyaların Fransaya cəlb edilməsi üçün ideal bir yer olduğunu bildirib. 2024-cü ildə Fransa qonşu ölkələrə 90TWh elektrik ixrac edib və bu elektrik investisiyaların cəlb edilməsi üçün istifadə ediləcək.

© copyright 2022 | tech.az | info@tech.az