Az | EN

Malayziya uşaqlar üçün sosial medianı qadağan edir

Nigar Sultanli
24 Noyabr 2025 13:13
96 baxış
Malayziya uşaqlar üçün sosial medianı qadağan edir

Malayziya hökuməti 2026-cı ildən etibarən ölkədə 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə rəsmi qadağa qoymağı planlaşdırır.

Rabitə naziri Fəhmi Fadzil bildirib ki, bu qərar gəncləri kiberbullinq, onlayn fırıldaqçılıq və cinsi istismar kimi ciddi risklərdən qorumaq məqsədi daşıyır. Hökumət hazırda oxşar qadağaları tətbiq edən Avstraliya kimi ölkələrin təcrübəsini araşdırır və sosial media platformalarından gələn ildən etibarən bu qaydalara əməl etmələrini gözləyir.

Qeyd edək ki, Malayziya son vaxtlar sosial media üzərindəki nəzarəti xeyli gücləndirib və böyük platformalardan lisenziya almağı tələb edir. Bu addım dünyada uşaqların psixi sağlamlığına zərər vurduğu üçün TikTok, Meta və Google kimi texnologiya nəhənglərinin məhkəməyə verilməsi fonunda atılır.

© copyright 2022 | tech.az | info@tech.az