Mark Zakrberq İlon Mask haqqında post paylaşıb. Threads-də paylaşım edən Mark İlonun ciddi olmadığını, onun döyüşdən boyun qaçırdığını bildirib.
Bir müddət öncə İlon Mask Mark Zakrberqi qəvəs döyüşünə dəvət etmişdi. Dəvəti qəbul edən Mark hazırlığa başladığını bildirmişdi. Daha sonra isə döyüşün Kolizeydə olacağı bəyan edildi və bu görüş Facebook və X platformalarında canlı yayımlanacaqdı. Lakin Markın son paylaşımından görünür ki, İlon bu döyüşə qatılmaq istəmir. Bununla bağlı Threads-də Mark paylaşım edib.
"Düşünürəm ki, hamımız razılaşa bilərik ki, İlon ciddi deyil və artıq hərəkət etmək vaxtıdır. Mən real görüş təklif etdim. Dana White bunu xeyriyyəçilik üçün qanuni bir yarışa çevirməyi təklif etdi. İlon bir tarixi təsdiqləməyəcək, sonra əməliyyata ehtiyacı olduğunu söylədi və indi bunun əvəzinə həyətimdə məşq etməyi xahiş etdi. İlon nə vaxtsa real tarix və rəsmi hadisə ilə bağlı ciddiləşərsə, mənimlə necə əlaqə quracağını bilir. Əks halda, hərəkət etmək vaxtıdır. Mən idmana ciddi yanaşan insanlarla rəqabət aparmağa diqqət yetirəcəyəm."