Bu yaxınlarda WWDC 2023 təqdimatı ilə Apple uzun müddətdir üzərində işlədiyi Apple Vision Pro-nu təqdim etmişdi. Metanın CEO-su Mark Zukerberq eynək haqqında ilkin fikirlərini bildirib.
O, Meta-nın üzərində işlədiyi Quest 3 qulaqlıqlarının Vision Pro-nun 3,499 dollarlıq qiyməti ilə müqayisədə çox daha ucuz olacağını və Meta-ya daha geniş istifadəçi bazasına çatmaq imkan yaradacağını qeyd edib. Verdiyi açıqlamalara görə, Zukerberq Apple Vision Pro-nu çox da bəyənməyib.
Meta uzun müddətdir ki, özünün virtual reallıq sahəsində lider kimi göstərməyə çalışır və buna milyardlarla dollar xərcləyir. Bu da bəzi investorların narahatçılığına səbəb olur. Apple eynəklərinin təqdimatı həmçinin Meta üçün böyük rəqabət təhlükəsi yaradır.
Mark Zukerberq Apple Vision Pro haqqında aşağıdakı açıqlamanı verib:
“Əvvəlcə gördüklərimdən onu deyə bilərəm ki, bu eynəkdə komandamızın kəşf etmədiyi və ya düşünmədiyi bir yenilik yoxdur. Onlar daha yüksək keyfiyyətli displey hazırlayıblar və bu da bütün texnologiyalarından yeddi dəfə daha bahadır.
Biz isə məhsullarımızın mümkün qədər hər kəsə əlçatan və sərfəli olması üçün yeniliklər edirik və bu, gördüyümüz işin əsas hissəsidir. Biz on milyonlarla Quest satmışıq."