Az | EN

Mark Zukerberq Metanın nə qədər gəlir əldə etdiyini açıqlayıb

Nail Valiyev
27 İyul 2023 15:37
289 baxış
Mark Zukerberq Metanın nə qədər gəlir əldə etdiyini açıqlayıb

Meta 2023-cü ilin ikinci rübündə 32 milyard dollar qazandığını və bunun 7,8 milyard dollarının xalis mənfəət olaraq qeyd edildiyini açıqlayıb. Bu, illik 11% artım və gəlirliliyin 16% artması deməkdir.

Meta-nın CEO-su Mark Zukerberq şirkətin maliyyə hesabatını paylaşarkən Facebook-un istifadəçilərinin sayının illik bazda yüzdə 5 artaraq gündəlik 2,06 milyard istifadəçiyə çatdığını bildirib. O bildirib ki, aylıq istifadəçilərin sayı 3 faiz artaraq 3 milyard nəfəri keçib. WhatsApp, Instagram və Threads kimi digər platformaları da əlavə etdikdə aktiv istifadəçilərin ümumi sayı 3,88 milyarda çatır ki, bu da dünya əhalisinin təxminən yarısını təşkil edir.

Zukerberq Instagram-ın məşhur xüsusiyyəti Reels haqqında da məlumat verib və gündə 200 milyarddan çox Instagram Reels videosu oynanıldığını bildirib.

© copyright 2022 | tech.az | info@tech.az