Az | EN

“Martı” rəsmi lisenziya əldə etdi

Nigar Sultanli
24 Oktyabr 2025 12:54
35 baxış
“Martı” rəsmi lisenziya əldə etdi

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı apardığı hüquqi mübarizə, Ali Məhkəmənin (Danıştay) qərarı ilə yekunlaşıb və "Martı"nın lisenziya alma hüququ rəsmi olaraq təsdiqlənib.

Daha əvvəl İstanbul 7-ci İdarə Məhkəməsi "Martı"nın lehinə qərar çıxararaq, İBB-nin lisenziya verməmək qərarının qanunsuz olduğunu təsdiqləmiş və onu ləğv etmişdi. İBB-nin bu qərardan apellyasiya şikayəti verməsinə baxmayaraq, yuxarı instansiya məhkəməsi də şikayəti rədd edərək "Martı"nın haqlı olduğunu təsdiqləmişdi. Prosesi Ali Məhkəməyə (Danıştay) qədər aparan İBB burada da eyni nəticə ilə üzləşdi: Danıştay "Martı"nın haqlı mövqeyini təsdiqləyərək, bütün hüquqi prosedurlara yekun vurdu.

"Martı"nın Qurucusu Oğuz Alper Öktem qərarla bağlı verdiyi açıqlamada, bu qələbənin əhəmiyyətini vurğulayıb: "Bu qərarla biz artıq İstanbulda rəqəmsal nəqliyyatın ayrılmaz bir hissəsi olduğumuzu tam təsdiqlədik. İlk gündən bəri həyəcanla davam etdiyimiz bu yolda, inzibati məsələlərin son və ən yüksək orqanı olan Ali Məhkəmənin də bizi haqlı hesab etməsi bizim üçün olduqca qürurvericidir. Biz texnologiya və yeniliklərlə İstanbulun nəqliyyat sisteminə töhfə verməyə davam edəcəyik."

© copyright 2022 | tech.az | info@tech.az