tech.az banker.az-a istinadən xəbər verir ki, Tvitter şirkətinin yeni rəhbəri İlon Mask işçilər üçün əlavə istirahət günlərini ləğv edib.
Bu barədə Bloomberg xəbər agentliyi məlumat verib.
Agentliyin verdiyi məlumata görə, Mask əməkdaşların məsafədən iş rejimini ləğv edərək hamını ofisə qaytarmağı planlaşdırır. Şirkətin korporativ mədəniyyətindən narazı qalan yeni rəhbər pandemiya dövründə tətbiq edilmiş əlavə istirahət gününü də ləğv edib. Qeyd edək ki, İlon Mask Twitter-i aldıqdan sonra bir radikal qərarlar verməyə başlayıb. O, şirkətin baş direktoru Paraq Aqraval və maliyyə direktoru Ned Seqal da daxil olmaqla, rəhbər şəxsləri işdən çıxarıb.