İlon Mask-ın “Twitter”də bloklanmış istifadəçilərin hesabını növbəti həftə ərzində blokdan çıxaracağı bildirilir. Bu barədə tech.az banker.az-a istinadən xəbər verir.
Qeyd edək ki, noyabrın 23-də Mask öz səhifəsində bloklanmış hesabları blokdan çıxarıb çıxarmamasıyla bağlı sorğu keçirib. Bu sorğuya istifadəçilərin 72.4%-i leyhinə, 27.6%-i isə əleyhinə səs verib.
Milyarder həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabının bloklanmasını dəstəkləməyib və bu addımı yanlışlıq adlandırıb. May ayında o, sosial şəbəkənin ona məxsus olduğu halda siyasətçini blokdan çıxaracağını bildirib.