Az | EN

Maskın pikap avtomobili Cybertruck-ın görüntüləri sızdırılıb

Fidan Abbaszadə
27 May 2023 14:33
286 baxış
Maskın pikap avtomobili Cybertruck-ın görüntüləri sızdırılıb

İlon Maskın qatıldığı xüsusi tədbirdə Cybertruck-un interyerinin fotolarını lentə aldığını söyləyən istifadəçi bu fotoları Tesla ilə bağlı paylaşımların edildiyi forum saytına sızdırıb.

Sızdırılan Cybertruck dizaynı olduqca maraqla qarşılanıb. Gözləniləndən daha sadə olan maşın bir çox forum istifadəçiləri tərəfindən bəyənilsə də, bəzi istifadəçilər tərəfindən tənqid edilib. Dizayna innovativ sükan və böyük ekrandan ibarət konsoldan daxildir. Bu dizayn bəziləri tərəfindən “az büdcəli fantastika filmindən çıxmış kimi” ifadə edilsə də, “sadə və minimalist” olduğunu bildirərək müsbət rəylər bildirən istifadəçilər də var.

Tesla-nın baş direktoru İlon Mask bildirib ki, Cybertruck bu il satışa çıxarılacaq. 39.900 dollardan başlayan qiymətlərlə istifadəçilərə təqdim ediləcək pick-up modeli bu il satışa çıxsa da, tələbatı tam qarşılayacaq istehsal gücünə yalnız 2024-cü ildə çatacaq.

Cybertruck üç fərqli hardware variantı ilə təqdim olunacaq. Bir, iki və ya üç mühərriklə təqdim ediləcək modelin satış qiymətləri belə olacaq:

Bir mühərrikli: 39,900 dollar
İki mühərrikli: 49,900 dollar
Üç mühərrikli: 69,900 dollar

 

© copyright 2022 | tech.az | info@tech.az