Az | EN

“Mastercard” Rusiyadan getməklə 30 milyon dollar itirib

Bənövşə Kazımova
27 Yanvar 2023 11:01
311 baxış
“Mastercard” Rusiyadan getməklə 30 milyon dollar itirib

Bildirilib ki, “Mastercard” ödəniş sistemi Rusiyadan çıxması ilə ümumi itkisi 67 milyon dollar təşkil edib. Eyni zamanda Rusiya müştəriləri qarşısında öhdəlikləri azalması hesabına bu itkinin 37 milyon dolları kompensasiya edilib.

Bundan əlavə, şirkətin ötən il üçün ümumi xalis mənfəəti 14% artaraq 9.9 milyard dollara çatıb. Yəni Rusiyanı tərk etməyə görə meydana çıxan itkilər xalis mənfəətin təxminən 0.3%-ni təşkil edir.

Xatırladaq ki, 6 mart 2022-ci il tarixində beynəlxalq ödəniş sistemləri “Visa” və “Mastercard” Rusiyada fəaliyyətini dayandırıblar. Şirkətlərin bu bazardan çıxmasının əsas səbəbi isə Rusiyanın Ukraynada müharibəyə başlaması olub.

© copyright 2022 | tech.az | info@tech.az