MegaSec və Mərkəzi Asiya Süni İntellekt Assosiasiyası (AICA) 8 oktyabr 2026-cı ildə Daşkənddə keçirilən Cyber Security Summit Central Eurasia 2026 tədbirindən sonra Anlaşma Memorandumu imzalayıb.
Sənədi MegaSec MMC-nin direktoru Qabil Qasımov və AICA-nın sədri Vladimir Norov imzalayıblar.
Əməkdaşlıq süni intellekt və kibertəhlükəsizlik, etibarlı Sİ həllərinin hazırlanması, rəqəmsal transformasiya və infrastrukturun qorunması istiqamətlərini əhatə edir. Tərəflər, həmçinin birgə layihələr, tədqiqatlar, bilik mübadiləsi, təlim proqramları və startaplara dəstək sahələrində əməkdaşlıq etməyi planlaşdırırlar.
Tərəfdaşlığın məqsədi MegaSec-in texnoloji təcrübəsini AICA-nın regional şəbəkəsi ilə birləşdirərək Azərbaycanda, Özbəkistanda və Mərkəzi Asiya regionunda təhlükəsiz və innovativ rəqəmsal ekosistemin inkişafına töhfə verməkdir.
