Az | EN

Meta canlı yayım dəstəkli Ray-Ban ağıllı eynəklərini təqdim etdi

Səbinə Eyvazova
28 Sentyabr 2023 17:33
538 baxış
Meta canlı yayım dəstəkli Ray-Ban ağıllı eynəklərini təqdim etdi

Meta Ray-Ban ilə əməkdaşlıqda hazırlanmış yenilənmiş "ağıllı" eynəklərini təqdim edib. 

Şirkət Meta Connect tədbirində "Ray-Ban Meta Smart Glasses" adlı ağıllı eynəklərini nümayiş etdirib. Bu eynəklər 17 oktyabr 2023-cü ildən etibarən 299 dollardan başlayan qiymətə satışa çıxarılacaq.

Eynəklərdə 12 meqapiksellik kamera ilə 1080p foto və video çəkiliş imkanı var. İstifadəçilər hər biri 30 saniyəyə qədər davam edən təxminən 500 foto və 100 video saxlaya bilərlər. Həmçinin, eynəklər Meta View proqramı ilə sinxronlaşdırıla biləcək. 

Bundan əlavə, eynəklərdə Facebook və Instagram-da canlı yayım etmək imkanı var. Eynəyin işığı canlı yayım zamanı yanıb-sönəcək və ətrafdakı insanlara onun qeydə alındığı barədə xəbərdarlıq edəcək. Eynəklərdə əvvəlki modeldən 50% daha yüksək səs tutumu olan dinamiklər və beş mikrofon var.

Eynəklər Qualcomm Snapdragon AR1 Gen 1 prosessorunda işləyir. Qeyd olunub ki, batareyanın ömrü "aktiv istifadə" ilə dörd ilə altı saat arasındadır.

© copyright 2022 | tech.az | info@tech.az