Az | EN

Meta kodlaşdırma üçün yeni süni intellekt aləti "Code Llama"-nı təqdim edib

Cəmil Hüseynzadə
25 Avqust 2023 16:49
760 baxış
Meta kodlaşdırma üçün yeni süni intellekt aləti "Code Llama"-nı təqdim edib

Meta kodlaşdırma üçün yeni süni intellekt aləti "Code Llama"-nı təqdim edib. Yeni alət kompüter kodunu yaratmaq və müzakirə etmək üçün xüsusi olaraq hazırlanmış Llama2-nin dəqiq tənzimlənmiş versiyasıdır. Meta yeni aləti Code Llama bir neçə dildə (o cümlədən Python, C++, Java, PHP, Typescript, C#, Bash və daha çox) ümumi kodlaşdırma üçün dəqiq tənzimlənmiş bir modellə bir neçə varianta bölünür.

Code Llama Llama 2 ilə eyni icma lisenziyalarına malikdir. Bununla belə, tədqiqat və kommersiya məqsədləri üçün pulsuz təklif olunur. Metanın paylaşdıqlarına görə, Code Llama əmrlərdən kodlar yarada bilir. O, həmçinin müəyyən bir kod xətti göstərildikdə kodu tamamlaya və ya sazlaya bilir.

Code Llama modeli ilə yanaşı, şirkət Code Llama-Python adlı Python-a xüsusi versiyasını yayımlayıb. Şirkət tərəfindən buraxılan başqa bir versiya olan Code Llama-Instrct təbii dil təlimatlarını başa düşə bilir. 

© copyright 2022 | tech.az | info@tech.az