“Meta” şirkətinin yeni sosial şəbəkənin yaradılması üzərində işlədiyi bildirilir.
Bu barədə “Agence France-Presse” məlumat yayıb.
Şirkətin agentliyə verdiyi açəqlamada “Biz insanlara real vaxt rejimində yazılı mesajlar mübadiləsi etməyə imkan verəcək mərkəzləşdirilməmiş müstəqil sosial şəbəkənin yaradılmasını nəzərdən keçiririk", - deyə qeyd olunub.
“Platformer” nəşrinin verdiyi məlumata görə, sosial şəbəkə ilkin mərhələdədir və onun istifadəyə verilmə tarixi barədə hələlik məlumat yoxdur.