Google, Microsoft və Snapchat-ın süni intellekt sahəsində gətirdiyi yeniliklərdən sonra Meta da bu sahədə fəaliyyətə başlayıb. Söhbət tətbiqlərini süni intellektdən istifadə edərək yeniləmək istəyən şirkət, bununla bağlı şirkət sözçüsü və şirkət işçilərinin iştirak etdiyi ilk təqdimat edilib. İstifadəçilərin süni intellektlə fotoşəkillərini yazılı şəkildə redaktə edə bilməsi və ya istədiyi kimi stiker yarada bilməsi kimi bir sıra xüsusiyyətləri ortaya qoyan yeniliklər şirkət rəsmiləri tərəfindən paylaşılıb.
Son zamanlar reklam tərəfində etdiyi süni intellekt yenilikləri ilə arenada öz yerini tutan şirkət hələ ki, kiçik reklam qrupları ilə bu funksiyanı sınaqdan keçirir.
Meta CEO-su Mark Zukerburqin əvvəlki açıqlamalarına görə, şirkətin bütün tətbiqlərində süni intellekt texnologiyasından istifadə etməyə hazırlaşdığı görülür. Gələcəkdə biz reklam modulları və söhbət proqramlarında olduğu kimi Instagram və Facebook platformalarında da süni intellektlə dəstəklənən yeni məhsuldar funksiyaları görə bilərik.