Bazar ertəsi Federal Ticarət Komissiyası Microsoft-un 20 milyon dollar cərimə ödəyəcəyini açıqlayıb. FTC buna uşaqların məxfiliyinin pozulmasının səbəb olduğunu bildirib. O, heç bir uşağın məlumatlarının valideynlərinin icazəsi olmadan üçüncü şəxslərlə paylaşıla bilinməyəcəyini vurğulayıb.
Yayımlanan hesabata baxıldıqda Microsoftun Xbox oyun sistemində qeydiyyatdan keçmiş uşaqların məlumatlarını topladığı və reklam məlumatları kimi istifadə etdiyi görülür. Əgər istifadəçi 13 yaşdan yuxarı olarsa, icazə verildiyi halda şirkət onun məlumatlarından istifadə edə bilər. Ancaq yaş həddindən azdırsa o zaman istifadəçinin valideynləri icazə verməlidir.
Bu səbəbdən Federal Ticarət Komissiyası İstehlakçıların Hüquqlarının Müdafiəsi çərçivəsində Xbox üçün yeni qərarlar verib. "Təklif etdiyimiz qərar valideynlərin Microsoft Xbox-da uşaqlarının məxfiliyini qorumağı asanlaşdırır və Microsoft-un uşaqlar haqqında toplayacağı məlumatları qismən məhdudlaşdırır", - İstehlakçıların Hüquqlarının Müdafiəsi Bürosunun direktoru Samuel Levine bildirib.
Microsoft isə bu məsələdə səhvini qəbul edib. O, Federal Ticarət Komissiyasının qərarlarını icra edəcəklərini bildirib.