Az | EN

Microsoft Edge brauzerinə süni intellekt rejimi əlavə edib

Cəmil Hüseynzadə
25 Oktyabr 2025 23:44
41 baxış
Microsoft Edge brauzerinə süni intellekt rejimi əlavə edib

Microsoft “Edge” brauzerində süni intellekt (Sİ) əsaslı yeni Copilot Mode rejimini istifadəyə verib. Yeni funksiya istifadəçilərə videoları xülasə etməyə, veb-səhifələri analiz etməyə və müəyyən tapşırıqları fon rejimində yerinə yetirməyə imkan verir.

Şirkətin məlumatına görə, Copilot Mode 2025-ci ilin iyulundan sınaqdan keçirilirdi və artıq Sİ köməkçisi Copilot dəstəklənən ölkələrdə bütün istifadəçilər üçün əlçatandır.

Brauzerin əsas səhifəsində indi GPT-5 modeli üzərində çalışan Copilot üçün sorğu sətri yerləşdirilib. İstifadəçilər Alt + C kombinasiyası ilə köməkçini istənilən səhifədə çağıra, mətn və ya səsli şəkildə sual verə bilərlər.

Copilot təkcə açıq səhifəni deyil, bütün aktiv vərəqləri “görə” və analiz edə bilir. O, həmçinin istifadəçinin axtarış tarixçəsini nəzərə alaraq fərdiləşdirilmiş cavablar təqdim edir.

Microsoft, həmçinin brauzerə Copilot Actions adlı agent funksiyasını əlavə edib. Bu funksiya e-poçtu yoxlayaraq spam abunələrdən çıxmağı və ya restoran masası bron etməyi avtomatik şəkildə həyata keçirə bilir. Hazırda bu imkan yalnız ABŞ istifadəçiləri üçün aktivdir.

ABŞ-da əlavə olaraq Journeys funksiyası da istifadəyə verilib. Bu funksiya baxılmış vərəqləri mövzular üzrə avtomatik qruplaşdıraraq, istifadəçilərin brauzer tarixçəsində axtarış aparmadan işə qaldıqları yerdən davam etmələrini təmin edir.

© copyright 2022 | tech.az | info@tech.az