“Microsoft”un tərcümə funksiyası sinxron danışıq tərcüməsi üçün süni intellektdən istifadə edəcək. Belə ki, “Microsoft Teams” görüşlərindəki hər bir iştirakçı həm seçdiyi dildə danışa, həm də qarşı tərəfi həmin dildə dinləyə biləcək. Tərcümə funksiyası sinxron nitq xüsusiyyətindən istifadə edən süni intellektdən istifadə edir.
Funksiyanın ilkin versiyası 2025-ci ildə təqdim olunacaq və ona doqquza yaxın dil daxil olacaq. Funksiya sayəsində istifadəçi öz səsi ilə müxtəlif dillərdə danışa biləcək.Bu funksiya “Microsoft Teams”ə süni intellekt üzrə daxil edilən son dəyişikliklər sırasına daxildir. Tərcümə sistemi sayəsində görüşlərdə 31 dilə qədər istifadə olunan beynəlxalq görüşlər keçirilə biləcək.