Az | EN

Mikayıl Cabbarov əməkdaşlıq üçün Google şirkəti ilə görüşüb

Cəmil Hüseynzadə
30 İyul 2024 10:43
554 baxış
Mikayıl Cabbarov əməkdaşlıq üçün  Google şirkəti ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Google” şirkətinin Qafqaz və Mərkəzi Asiya üçün Dövlət əlaqələri və ictimai siyasət üzrə rəhbəri Olga Skoroxodova və şirkətin Qafqaz, Mərkəzi Asiya, Cənubi Afrika və İsrail üzrə rəhbəri Marina Zunik ilə videokonfrans formatında görüşüb.

Görüşdə mövcud əməkdaşlıq, innovativ təcrübələrin tətbiqi, rəqəmsal iqtisadiyyatın inkişafı, o cümlədən süni intellekt əsaslı texnologiyalar üzrə birgə fəaliyyətin təşkili müzakirə edilib.
Tərəflər hashtag COP29 üzrə prioritetlər və dayanıqlı inkişaf həllərininin perspektivlərini, həmçinin şirkətin məhsul və xidmətləri üzrə potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.

© copyright 2022 | tech.az | info@tech.az