Az | EN

MMC-lər startap şəhadətnaməsinə daha çox maraq göstərir

Cəmil Hüseynzadə
25 Dekabr 2025 02:23
37 baxış
MMC-lər startap şəhadətnaməsinə daha çox maraq göstərir

“Startap şəhadətnaməsi” 2021-ci ildən təqdim olunur. Bu müddət ərzində 238 biznes subyekti bu sənədi əldə edib. Məlumata görə, şəhadətnamə alanların 211-i (88,7%) hüquqi şəxslər, 27-si (11,3%) isə fiziki şəxslər – fərdi sahibkarlardır.

Qeyd edək ki, “Startap şəhadətnaməsi” Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən startaplara vergi güzəştlərinin tətbiqi məqsədilə verilir. Şəhadətnaməni alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, onu əldə etdikləri tarixdən etibarən innovasiya fəaliyyətindən əldə olunan gəlirlər üzrə 3 il müddətinə mənfəət və gəlir vergisindən azad olunur.

Şəhadətnamə innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli və digər startap məhsul və xidmətlərindən fərqlənən həllər üçün nəzərdə tutulur.

© copyright 2022 | tech.az | info@tech.az