Az | EN

“Nar”a yeni baş icraçı direktor təyin olunub

Nigar Sultanli
27 Oktyabr 2025 14:47
48 baxış
“Nar”a yeni baş icraçı direktor təyin olunub

"Azerfon" MMC ("Nar" ticarət nişanı) şirkətinə yeni baş icraçı direktor təyin olunub. Bu vəzifəyə telekommunikasiya sahəsində 25 ildən çox təcrübəsi olan Özgür Genc gətirilib.

Şirkətin məlumatına görə, Özgür Genc telekommunikasiya, İKT və şəbəkə texnologiyaları daxil olmaqla geniş və zəngin təcrübəyə malikdir. O, bu təyinatdan əvvəl Azərbaycanın Azerconnect Group, Türkiyənin “Turkcell” və Ukraynanın “Lifecell” kimi bir sıra aparıcı İKT və telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Özgür Genc Azerfon MMC-nin ("Nar") baş icraçı direktoru vəzifəsində Qunnar Pankeni əvəz edib.

Təhsili barədə: O, Türkiyənin Yıldız Texniki Universitetinin Elektrik və elektronika fakültəsini bitirib. Daha sonra isə İsveçrənin nüfuzlu “IMD” Biznes Məktəbində “Rəqəmsal Transformasiya və Gələcəyin İdarə olunması” proqramını da tamamlayıb.

© copyright 2022 | tech.az | info@tech.az