Az | EN

"ByteDance yeni oyun platforması ‘GameTop’u təqdim edir

Nigar Sultanli
27 Oktyabr 2025 16:45
33 baxış
"ByteDance yeni oyun platforması ‘GameTop’u təqdim edir

ByteDance qlobal səviyyədə fəaliyyət göstərəcək yeni oyun platforması yaradır və bununla da Steam-ə rəqib olmağı hədəfləyir. “GameTop” adlanan bu platforma, məşhur PC oyun mağazası Steam-ə bənzər şəkildə qurulur.

Şirkət beynəlxalq oyun bazarında mövqeyini gücləndirməyi planlaşdırır. ByteDance ümid edir ki, “GameTop” qlobal istifadəçilər üçün oyun mərkəzinə çevriləcək və müxtəlif regionlardan olan oyun tərtibatçılarına birbaşa çıxış imkanı yaradacaq.

Platformanın necə işləyəcəyi barədə dəqiq məlumat hələ açıqlanmayıb. Hansı oyunların təqdim ediləcəyi, ödəniş sistemləri və bazar prioritetləri ilə bağlı rəsmi açıqlama yoxdur.

Oyun sənayesində rəqabət getdikcə artır və Steam kimi nəhənglərə qarşı yeni alternativlərin yaranması oyun hazırlayanlar üçün əlavə imkanlar deməkdir. ByteDance-in “TikTok”, “CapCut” və “Moonton” kimi milyonlarla istifadəçisi olan tətbiqləri nəzərə alınarsa, “GameTop”un oyun sektoruna təsiri böyük maraqla gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az