ChatGPT-nin son vaxtlar populyarlaşması süni intellektli çatbotlara olan marağı artırıb. Instagram və TikTok da daxil olmaqla bir çox texnologiya şirkəti öz çatbotlarını inkişaf etdirir. Bu şirkətlər sırasına NASA da qatılıb.
NASA-nın kosmosda astronavtlara kömək etmək üçün ChatGPT kimi süni intellekt çatbotu hazırladığı iddiası irəli sürülüb.
NASA-da qonaq olan tədqiqatçı Dr. Larissa Suzuki iddia edir ki, süni intellekt üzrə köməkçi astronavtlara kosmik gəmi ilə danışmağa imkan verəcək və istənilən potensial səhvləri aşkarlaya bilən süni intellektlə işləyən interfeys təklif edəcək.