Az | EN

NASA kosmik gəmisini 10 kvintilyon dollarlıq meteoritə göndərir

Fidan Abbaszadə
09 İyun 2023 13:15
336 baxış
NASA kosmik gəmisini 10 kvintilyon dollarlıq meteoritə göndərir

NASA 2021-ci ildə SpaceX ilə 10 kvintilyon dollar dəyərində olan və qızıl, platin, nikel, mis, kobalt, iridium və redium kimi qiymətli metalları əhatə edən "Psyche 16" meteoritinə səyahət etmək üçün müqavilə bağlamışdı.

NASA üzərində işlədiyi kosmik gəmini 2022-ci ilin avqustunda meteoritə göndərməyi planlaşdırırdı.

Keçən ilin yayında NASA kosmik gəminin proqram təminatında olan problemlərinə görə uçuşu qeyri-müəyyən müddətə təxirə salmışdı.

1 illik gecikmədən sonra Reaktiv Sürət Laboratoriyasında (JPL) sınaqdan keçirilməsinin ardından kosmik gəminin bütün problemlər həll edilib.

Bu il buraxılması planlaşdırılan kosmik gəmi 450 milyon kilometr yol qət edəcək və 2029-cu ilin avqustunda Mars və Yupiter arasındakı əsas asteroid qurşağında yerləşən Psyche adlanan meteoritə çatacaq.

Kosmik zond 220 kilometr enlilikdə olan cismin orbitində fırlanaraq məlumat toplayacaq.

İlk dəfə 1852-ci ildə kəşf edilən nəhəng meteorit Mars və Yupiter arasında yerləşdiyindən digər meteoritlərlə müqayisədə Yerə çox yaxındır. Bu səbəbdən elm adamları sözügedən səyahət zamanı meteoriti rahatlıqla müşahidə edə biləcəklər.

Meteoritdə 10 kvintilyon dollar dəyərində olan mədənlər, 75 trilyon dollar dəyərindəki dünya iqtisadiyyatını alt-üst edərək hər kəsi milyarder edə bilər. Ancaq NASA ilk uçuşunda meteoriti yalnız uzaqdan izləyəcəyini və heç bir material toplamayacağını açıqlayıb.

© copyright 2022 | tech.az | info@tech.az