NASA 3-cü Ay missiyasında kosmonavtların geyinə biləcəyi skafandrları təqdim edib.
Kosmonavtların bu missiyada geyinəcəkləri skafandrlarla bağlı ilk detallar ötən aylarda paylaşılsa da, onun dizaynı və son forması göstərilməmişdi. Amma artıq NASA Hyuston Kosmik Mərkəzində keçirdiyi tədbirdə yeni kosmonavt geyimlərini təqdim edib. Bildirilib ki, NASA və özəl kosmik şirkəti Axiom Space tərəfindən hazırlanmış kostyum hazırda prototip mərhələsindədir.
Məlumata görə, yeni skafandrlar bu günə qədər istifadə edilən kostyumlarda əldə olunmayan hərəkətlilik və elastiklik təqdim edəcək. Bundan əlavə, NASA-nın açıqlamasına görə, kostyum ABŞ kişi və qadın vətəndaşlarının 90%-nə uyğun olacaq. Kostyumun dizaynı, hazırlanması, sertifikatlaşdırılması, istehsalı və uçuş hazırlığı kimi bütün proseslər Axiom Space-ə həvalə olunub.
Qeyd edək ki, Artemida III missiyası üçün dəqiq bir tarix bəlli deyil. Lakin NASA missiyanı 2025-ci ildə başa çatdırmağı planlaşdırır.