NASA-nın Quesst missiyası səsdən sürətli supersonik təyyarələrin gurultulu səsini aradan qaldırmaq məqsədi daşıyır. Bu nailiyyətin yüksək sürətli ticari hava səyahətində "yeni era"nın başlanğıcı olması gözlənilir.
Gurultulu səs supersonik təyyarələrin səyahətinə maneədir. Amerika Birləşmiş Ştatları və digər ölkələr “sonik partlama”nın yerdə yaratdığı narahatlıq səbəbindən quru üzərində səsdən sürətli uçuşları qadağan edib.
NASA isə yeni layihəsi ilə supersonik təyyarələrin uçuşlarının yenidən baş tutması üçün çalışır. Əsas məqsəd onun “sonik partlama” yaratmamasını təmin etməkdir. Bu səbəbdən təyyarənin ön burnu kifayət qədər uzun və nazikdir.
Yeni təyyarənin ilk uçuşları 2023-cü ildə baş tutacaq. “Sonik partlama” aradan qalxarsa, NASA aidiyyatı qurumlardan səsdən sürətli uçuşa qoyulan qadağanı aradan qaldırmaqlarını xahiş edəcək.