Yaxın saatlarda açıq iclas keçirən ABŞ Senatı NASA-nın tapşırığı ilə araşdırma aparan qrupu dinləyib. Məsələ ilə bağlı NASA rəsmiləri UFO və ya UAP (naməlum hava hadisələri) olaraq adlandırılan varlıqları aşkar etdiklərini bildiriblər. Bundan əlavə, çəkilən görüntülər də paylaşılıb.
Keçmiş NASA astronavtı Scott Kelly, fizika professorları və Federal Aviasiya Administrasiyasının rəsmiləri daxil olmaqla bir qrup UFO-lar ilə bağlı bəzi məsələləri müzakirə ediblər.
NASA işçi qrupunun növbəti rəsmi hesabatında UAP-lərin nə ilə fərqləndiyi müzakirə olunub. O UFO-ların mövcudluğu qəbul edilsə belə, onların illərdir təsvir edilən “yadplanetlilər” kimi olmayacağını bəyan edib.
NASA bu məsələ ilə bağlı şəffaf şəkildə araşdırma aparmağı hədəfləyir. Kosmik agentliyin məlumatına görə, gələcəkdəki UAP hesabatları elm və ictimaiyyət arasında inamı artıracaq.
Astrofizik David Spergel görüş zamanı əminliklə bildirib ki, NASA "Yerdən kənar həyatın heç bir sübutunu gizlətmir".
NASA-da 20 ildən çox təcrübəyə malik olan keçmiş astronavt Skott Kelli agentlikdə işlədiyi müddətdə UAP və ya UFO haqqında heç bir məlumat almadığını bildirib. Bu səbəblə də növbəti illərdə təqdim olunacaq hesabatlar ictimaiyyət üçün açıq olacaq.