Az | EN

NASA və Boeing-in yeni təyyarə layihəsinə 725 milyon dollar sərmayə qoyulacaq

Fidan Abbaszadə
14 İyun 2023 12:39
429 baxış
NASA və Boeing-in yeni təyyarə layihəsinə 725 milyon dollar sərmayə qoyulacaq

ABŞ Aerokosmik Agentliyi (NASA) və ABŞ-in təyyarə istehsalçısı Boeing tərəfindən birgə həyata keçirilən təyyarə layihəsi ABŞ Hərbi Hava Qüvvələri (USF) tərəfindən "X-Plane" statusu qazanaraq "X-66A" adını alıb.
 

7 il müddətində 425 milyon dollar sərmayə qoyulması gözlənilən layihə nəticəsində ultra incə və qatlanan qanad dizaynlı (Transonic Truss-Braced Wing) X-66A-nın hazırlanması gözlənilir.
NASA tərəfindən müxtəlif imkanların və texniki ekspertizanın təmin edildiyi layihədə  Boeing və tərəfdaşlarının 725 milyon dollar sərmayə qoyacağı gözlənilir.

 

Tədqiqat təyyarələrinə verilən "X-Plane statusu" istehsal üçün istifadə ediləcək prototipdən çox , digər təyyarələrə uyğunlaşdırıla bilən dizayn və texnologiyaları sınaqdan keçirmək üçün nəzərdə tutulub.

© copyright 2022 | tech.az | info@tech.az