NASA yeni teleskop üzərində işləməyə başlayıb. Ceyms Uebb Kosmik Teleskopu cəmi altı aydır aktiv fəaliyyət göstərsə də, NASA-nın hazırladığı teleskopun gələcəkdə onu əvəz edəcəyi gözlənilir.
Bildirək ki, NASA-nın Avropa Kosmik Agentliyi (ESA) və Kanada Kosmik Agentliyi (CSA) ilə birgə hazırladığı Ceyms Uebb teleskopu 25 dekabr 2021-ci ildə uğurla orbitə buraxılıb. Köhnəlmiş Hubble Kosmik Teleskopunu əvəz edən bu teleskop Günəş sistemindən kənarda kəşf edilən yeni planetlərdə həyatın olub-olmadığını araşdırır.
ugörə, yeni teleskop isə "Nancy Grace Roman" adlandırılacaq. Teleskopun NASA-ya 11 milyard dollara başa gələcəyi gözlənilir.
2027-ci ildə buraxılmağa hazır olacaq teleskop NASA-ya planetlərdə həyat tapmaq missiyasını davam etdirməyə imkan verəcək. NASA-nın astrofizika bölməsinin direktoru Mark Klampin bildirib ki, onların məqsədi teleskopu Yerdən 1 milyon mil uzaqlıqdakı ikinci Laqranj nöqtəsi kimi tanınan nöqtəyə göndərməkdir.