Az | EN

Netflix ABŞ-da parol paylaşmağa məhdudiyyət qoyub

Fidan Abbaszadə
24 May 2023 11:46
326 baxış
Netflix ABŞ-da parol paylaşmağa məhdudiyyət qoyub

Netflix bir müddətdir parol paylaşmağa məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Abunəçiləri artırmağa çalışarkən parol paylaşma ilə mübarizə aparmalı olmaq şirkətin əsas problemlərindən biridir. Belə ki, Netflix artıq ABŞ-da şifrə paylaşmaya məhdudiyyət tətbiq etməyə başlayıb. Məlumat üçün bildirək ki, indi hesablarını eyni evdə yaşayan şəxslərlə paylaşan abunəçilər də əlavə ödəniş etməli olacaqlar.

Netflix həmçinin reklamsız planlarının qiymətini aşağı salan yeni plan ilə xidmətini daha çox istehlakçıya uyğunlaşdırıb.

Qeyd edək ki, bu gündən etibarən ABŞ-da istifadəçilər məhdudiyyətlə bağlı elektron məktub alacaqlar. Yeni qaydanın yaxın günlərdə əksər ölkələrdə istifadə olunması gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az