Az | EN

Netflix abunəçilərinin sayını və gəlirinin miqdarını açıqlayıb

Nail Valiyev
20 Aprel 2023 15:44
253 baxış
Netflix abunəçilərinin sayını və gəlirinin miqdarını açıqlayıb

Məşhur onlayn serial və film platforması Netflix təxminən bir ildir ki, sarsıntılı dövr keçirirdi. Zaman-zaman abunəçilərini itirən şirkət 2023-cü ilin ilk rübünün maliyyə vəziyyətini paylaşıb.

Şirkətin açıqlamasında bildirilir ki, son üç ayda platformada istifadəçilərin sayı 1,75 milyon artıb. Netflix-in mart ayında cəmi 232,5 milyon abunəçisi olub. Bu nəticələrdən anlaşılana görə şirkətin abunəçilərinin sayındə illik 4,9 faiz artım baş verir.

Əlavə olaraq bildirək ki, son üç ayda şirkət 8,2 milyard dollar qazanıb. Bu məbləğin 1,3 milyardı xalis mənfəətdir. Son gəlirləri ilə birlikdə Netflix-in gəlirləri illik 3,7 faiz artıb.

Netflix bu nəticələrdən sonra növbəti rüblə bağlı proqnozlar verib. Şirkət, təxminlərinə əsasən, yaxın üç ayda 8,2 milyard dollar qazanacaq. Bununla belə, illik gəlir artımını 6 faizə çatdıracağına ümid edir.

© copyright 2022 | tech.az | info@tech.az