Netflix serialları və filmləri ilə bu sahədə ən populyar rəqəmsal yayım platformalarından biridir. ABŞ şirkəti uzun müddətdir ki, öz seriallarını və filmlərini yayımlayır, tamaşaçılara bir çox fərqli alternativlər təqdim edir. Şirkət indi oyun sahəsində ilk böyük addımını atıb. Şirkət tərəfindən istehsal olunan ilk oyun olan Oxenfree II: Lost Signals-ı təqdim edilib. Yeni yaradılan ilk oyunu Netflix abunəçiləri Android və iOS cihazlarında oynaya bilərlər. Həmçinin, oyunu Windows, PlayStation 5, PlayStation 4, Nintendo Switch-də də oynatmaq mümkün olacaq. Oyun qorxu temalı fövqəltəbii povestə malikdir və 2016-cı ildə buraxılmış Oxenfree-nin davamıdır.
Night School Studio tərəfindən hazırlanmış yeni oyun əvvəlki oyunun atmosferini və tapmacalarını qoruyub saxlayır, oyunçuları yeni personajlar və məkanlarla üz-üzə gətirir. Personajların keçmiş travmaları və gələcək qorxuları oyunda mühüm rol oynayır və oyunçular onları rahatlaşdırmaq və ya uzaqlaşdırmaq üçün müxtəlif seçimlər etməli olurlar.