Az | EN

Netflix-in istifadəçilərinin sayı şifrə məhdudiyyətinə görə artıb

Fidan Abbaszadə
12 İyun 2023 16:29
248 baxış
Netflix-in istifadəçilərinin sayı şifrə məhdudiyyətinə görə artıb

Netflix-in şifrə paylaşımını məhdudlaşdırması ilə bağlı xəbərlər uzun müddətdir gündəmdədir. Bu qərar hal-hazırda bir çox ölkədə istifadəçilərin şifrələrini başqa insanlarla paylaşmasına maneə yaradır. 

Mayın 23-dən Netflix şifrə paylaşma qaydalarını dəyişdirdiyini, yəni hesabların yalnız eyni ailə daxilində paylaşıla biləcəyi barədə üzvlərə e-poçt göndərməyə başlayıb. 

E-poçt göndərildikdən sonra Netflix-ə gündəlik orta hesabla abunə sayı əvvəlki 60 günlük ortalamadan 102 faiz artaraq 73 minə çatıb.

Netflix-in parol paylaşma qadağasının ölkəmiz üçün nə vaxt aktivləşdiriləcəyi hələ dəqiq deyil. Ancaq görünür ki, şirkət bu qərarın nəticəsindən razıdır.

© copyright 2022 | tech.az | info@tech.az