Az | EN

Netflix istifadəçiləri şifrə qadağasına etiraz edib

Nail Valiyev
01 İyun 2023 17:42
250 baxış
Netflix istifadəçiləri şifrə qadağasına etiraz edib

ABŞ-də yerləşən rəqəmsal yayım platforması Netflix son həftələrdə yeni tənzimləmələr edib. Bu qaydalara görə, şifrənizi eyni evdə yaşamadığınız insanlarla paylaşmaq qadağandır. Əgər şifrənizi paylaşsanız, Netflix yaxınınızda olmayan və hesaba daxil olan hər bir cihaz üçün cərimə olaraq əlavə ödəniş alır. Netflix bu ödənişlərlə gəlirlərini artırmağa çalışıb.

Netflix bu səbəbdən Twitter-də tənqid edilib. Amazon Prime Video kimi digər platformalar Netflix-i ələ salıb. Sonra da “Bizə belə qadağalar heç vaxt lazım olmayacaq” kimi paylaşımlar ediblər. Netflix istifadəçiləri isə bu qərardan sonra Twitter-də #CancelNetflix həştəqi başladıblar. Bu həştəq altındakı tvitlərə nəzər saldıqda bir çox istifadəçinin həqiqətən hesablarını ləğv etdiyi görülüb.

© copyright 2022 | tech.az | info@tech.az