Az | EN

Netflix koreya serial və filmlərinə 2,5 milyard dollar investisiya etmək qərarı alıb

Nail Valiyev
26 Aprel 2023 15:09
339 baxış
Netflix koreya serial və filmlərinə 2,5 milyard dollar investisiya etmək qərarı alıb

Populyar, çox baxılan serial və filmlərə üstünlük verən Netflix verdiyi açıqlamada Koreya filmləri, dramları və şouları üçün qarşıdakı dörd il ərzində Cənubi Koreyaya 2,5 milyard dollar investisiya etməyi planlaşdırdığını bildirib. O, həmçinin bildirib ki, rəhbərlik etdiyi şirkət 2016-cı ildən bəri bazara qoyduğu investisiyaların həcmini iki dəfə artırıb.

Netflix-in co-CEO-su Ted Sarandos öz açıqlamasında bildirib: "Koreya yaradıcı sənayesinin mükəmməl işlər görməyə davam edəcəyinə əminik və ona görə bu qərarı verdik." Qeyd edək ki, Netflix son vaxtlarda ən çox baxılan platforma olmaq yolunda əhəmiyyətli düşüşlər yaşadığı üçün bu qərarla həm də özü üçün yeni imkanlar yaratmağı planlaşdırır.

 

© copyright 2022 | tech.az | info@tech.az