Netflix "Mənim Netflixim" adlı yeni funksiya ilə istifadəçilərə daha fərdi təcrübə təqdim etməyi hədəfləyir. Bu funksiya istifadəçilərə sevimli məzmunlarına daha asan giriş imkanı verəcək.
"Mənim Netflixim" Netflix-in iOS və Android proqramlarında yeni tab kimi görünəcək. Bu sayədə istifadəçilər yüklədikləri və ya siyahıya əlavə etdikləri serial və filmlərə rahatlıqla daxil ola biləcəklər. Həmçinin izləmək üçün yeni epizodlara xatırlatmalar təyin etmək mümkün olacaq.
Bu yeni funksiya ilk olaraq iOS istifadəçiləri üçün iyulun 24-də, avqustun əvvəlində isə Android istifadəçiləri üçün əlçatan olacaq.
Netflix-in məhsul meneceri Edith Chao bildirib ki, platforma ilə nə qədər çox istifadəçi qarşılıqlı əlaqədə olsa, “Mənim Netflixim” bölməsində bir o qədər çox məzmun görəcəklər.