Netflix Los-Ancelesdə restoran açacaq. Netflix Bites restoranını pop-up formatında açacaq. Restoran müvəqqəti olaraq fəaliyyət göstərəcəkdir. Restoranın açılışı iyunun 30-da baş tutacaq.
Menyuda Curtis Stone, Ming Tsai və Iron Chef: Quest for an Iron Legend- dən Endryu Zimmern kimi Netflix kulinariya şousunun iştirakçılarından yeməklər təqdim olunacaq.
Bloomberg qeyd edir ki, müvəqqəti restoran Netflix-in oflayn tanıtım təcrübələrinin bir hissəsidir. Şirkət 2022-ci ildə onlayn kinoteatr xidmətin məşhur seriyalarına həsr olunmuş mallarla pərakəndə satış mağazası açmışdı.