Az | EN

Netflix trilyon dollarlıq şirkətə çevrilir

Nigar Sultanli
24 Aprel 2025 09:23
93 baxış
Netflix trilyon dollarlıq şirkətə çevrilir

"Netflix"in rəhbərlərindən biri Ted Sarandos, şirkətin məqsədinin gələcəkdə 1 trilyon dollarlıq bazar dəyərinə çatmaq olduğunu bildirir. O, bu barədə 2025-ci il Dünya İqtisadi Sammitində danışıb.

Sarandos bildirib ki, son beş ildə Netflix-in gəlirləri iki dəfə artıb, qazancı isə on qat çoxalıb. Şirkətin ümumi dəyəri – yəni bazardakı qiyməti – isə üç dəfə yüksəlib. Onun sözlərinə görə, əgər bu uğurlar davam etsə, Netflix-in bu böyük məqsədinə çatması mümkündür.

O əlavə edib ki, Netflix bu nəticəyə yalnız öz film və serial yayım platforması ilə də çata bilər. Ancaq şirkət əlavə olaraq başqa sahələrdə də fəaliyyətini genişləndirir. Məsələn, mart ayında məşhur “Stranger Things” serialının teatr versiyası Broadway səhnəsində nümayiş olunub. Bundan başqa, bu il Philadelphia və Dallas şəhərlərində Netflix mağazaları açılacaq.

Bütün bu planlar Netflix-in təkcə onlayn platforma kimi yox, həm də real həyatda fəaliyyət göstərən böyük bir əyləncə şirkətinə çevrilmək istədiyini göstərir.

© copyright 2022 | tech.az | info@tech.az