Az | EN

Neuralink insan beyninə çip yerləşdirmək üçün ABŞ-dən icazəni alıb

Fidan Abbaszadə
26 May 2023 11:23
537 baxış
Neuralink insan beyninə çip yerləşdirmək üçün ABŞ-dən icazəni alıb

İlon Maska məxsus Neuralink şirkəti, beyin-kompüter interfeysi texnologiyaları üzərində işlədiyi üçün tez-tez gündəmə gəlir. Əsas məqsəd isə insan beynini kompüterlərlə birbaşa birləşdirərək beyin və süni intellekt arasında qarşılıqlı əlaqəni təmin etməkdir. O, ilk növbədə hazırladığı implantla nevroloji xəstəlikləri müalicə edərək buna nail olmaq istəyir. Artıq, o bununla bağlı lazımi icazəni ala bilib.

Tətbiq əslində olduqca sadədir. Neyrocərrah nazik elektrod tellərindən ibarət olan bu implantı beynin sinir hüceyrələrinə elektrik siqnalları göndərə və qəbul edə biləcək şəkildə yerləşdirir. Bundan sonrası isə Musk komandasının işidir.

Neuralink-in bu çipin hazırlanmasının əsas məqsədlərindən biri insan beynindəki mürəkkəb düşüncə proseslərini daha yaxşı başa düşmək və beyin xəstəliklərinin müalicəsinə kömək etməkdir.

İndiyə qədər heyvanlar üzərində aparılan sınaqlar çox ümidvericidir. Qısa müddətdə Parkinson xəstəliyi kimi nevroloji pozğunluğu olan insanlarda da sınaqdan keçirilməsi gözlənilir. Bu beyindəki anormal siqnalları düzəldərək simptomları tamamilə yox etməsə də böyük ölçüdə azaldacaq. Əslində, müxtəlif sahələrdə aparılan tədqiqatlar da bu nəticələrin olduqca əlçatan olduğunu dəfələrlə təsdiqləyib.

Neuralink ilə İlon Mask-ın əsas məqsədi gələcəkdə insanların beyindən birbaşa kompüterə məlumat ötürməsini təmin etməkdir.

Məsələn, The Matrix və ya G.O.R.A filmlərində gördüyümüz kimi, gələcəkdə dil öyrənmək üçün saatlarla çalışmaq əvəzinə, bu çip sayəsində anında öyrənə biləcəyik və ya skripka öyrənmək istədikdə, o alətlə bağlı bütün təlimləri anında beynimizdə canlandırmaq mümkün olacaq.

Qeyd etdiyimiz kimi, insan üzərində sınaqlara başlamaq üçün icazə yenicə alınıb. Bu səbəbdən bütün bu məqsədlərin addım-addım reallığa çevrilib çevrilməyəcəyini zamanla görəcəyik.

© copyright 2022 | tech.az | info@tech.az