Az | EN

Next Step İnnovasiya Mərkəzi, CAREC Universitet Startap Generatoru 2024 (USG2024) müsabiqəsinin ölkə tərəfdaşıdır

Cəmil Hüseynzadə
22 İyun 2024 13:29
397 baxış
Next Step İnnovasiya Mərkəzi, CAREC Universitet Startap Generatoru 2024 (USG2024) müsabiqəsinin ölkə tərəfdaşıdır

Next Step İnnovasiya Mərkəzi, CAREC Universitet Startap Generatoru 2024 (USG2024) müsabiqəsinin ölkə tərəfdaşıdır.

USG2024, CAREC üzv ölkələrindən (Azərbaycan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Pakistan, Çin, Tacikistan, Türkmənistan, Qırğız Respublikası, Əfqanıstan, Monqolustan) olan universitet tələbələri arasında sahibkarlıq bacarıqlarını inkişaf etdirməyi hədəfləyən innovasiya müsabiqəsidir. Bu təşəbbüs, gənclərə innovativ həllər vasitəsilə yerli inkişaf problemlərini anlamaq və həll etmək üçün imkanlar yaradır.

Müsabiqə iştirakçıları, öz həll yollarını inkişaf etdirmək üçün iki aylıq təlim proqramında iştirak edəcəklər. Daha sonra hər ölkədən seçilən iştirakçılar regional səviyyədə münsiflər qarşısında piçinq edəcəklər. Qalib olan ilk üç yerin sahibi isə beynəlxalq təhsil turunda iştirak edəcək (TBC).

Daha ətraflı məlumat əldə etmək üçün buraya keçid edə bilərsiniz.   

© copyright 2022 | tech.az | info@tech.az