Az | EN

Nokia 60 illik loqosunu yenilədi

Cəmil Hüseynzadə
26 Fevral 2023 21:00
599 baxış
Nokia 60 illik loqosunu yenilədi

Nokia 60 illik loqosunu yeniləyib. Finlandiya şirkəti bunu etməkdə əsas səbəb kimi artıq telefon istehsalçısı kimi tanınmamaq istəyinin olduğunu bildirib. 

Baş icraçı Pekka Lundmark Reuters-ə müsahibəsində deyib: "Smartfonlar üçün assosiasiya var idi və indi biz biznes texnologiyası şirkətiyik".

Nokia şirkətində Lundmark üç mərhələdən ibarət strategiya müəyyən edib: sıfırlama, sürətləndirmə və böyümə. Sıfırlama mərhələsi başa çatdıqdan sonra Lundmark ikinci mərhələnin başladığını söyləyib.

Nokia artıq özünü telekommunikasiya cihazlarının istehsalı üzrə ixtisaslaşdırır. Xüsusilə 5G texnologiyasına üçün avadanlıqların istehsalı buna aiddir.

Şirkətin rəqibi Huawei-ə qoyulan qadağalarla şirkət bazar payını böyütməyə davam edir.

"Siqnal çox aydındır. Biz yalnız qlobal liderliyi görə biləcəyimiz bizneslərdə olmaq istəyirik" Lundmark bildirib.

Bir zamanlar mobil telefon sənayesində lider olan Nokia bir çox şəxsin yaddaşında telefon istehsalçısı kimi qalıb. Şirkətin ikonik loqosu və açılış animasiyası daim insanlara nostalji hisslər yaşadır.

 

 

© copyright 2022 | tech.az | info@tech.az